"Səbail" "Sürix"lə heç-heçə etdi - YENİLƏNİB

19:13 19 Yanvar 2019

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan "Səbail” bu gün növbəti sınağına çıxıb.

 

Sportarena.az xəbər verir ki, Aftandil Hacıyevin yetirmələri İsveçrə təmsilçisi "Sürix”lə görüşür.Bu, paytaxt təmsilçisinin Antalyada 2-ci oyunudu. İlk matçında Macarıstan klubu "Aqvital”a 3:2 hesabı ilə qalib gələn bakılılar daha güclü rəqib önündə qüvvəsini sınayır.

 

Qarşılaşma Bakı vaxtı ilə saat 17.00-da başlayıb.

 

Yoxlama oyunu

19 yanvar

 

17.00 Səbail (Azərbaycan) - Sürix (İsveçrə) 1-1

Antalya. "Miracle Resort” otelin meydançası.


Digər xəbərlər

Xəbər xətti