"Mən arvad döyən deyiləm, lakin sevgilimin başını qopartmaq istəyirdim" - AÇIQLAMA

23:47 19 Yanvar 2019

Dieqo Maradona 28 yaşlı sevgilisi Rosio Olivadən ayrılıb.

 

Sportarena.az xəbər verir ki, o, jurnalistlərlə söhbət zamanı bunu açıqlamamaq barədə əldə etdikləri razılaşmanın şərtlərini pozduğuna görə qadını məhkəməyə verib.Dieqo həmçinin qadını və onun ailəsini daha əvvəl hədiyyə etdiyi mənzildən də çıxartmaq niyyətindədir.

 

Bu barədə "La Red" televiziya verilişinə istinadən "The Sun" nəşri yazıb.

 

"Mən arvadını döyən kişilərdən deyiləm, lakin Rosionun başını qopartmaq istəyirdim. O öz məzuniyyətini mənim pullarımla keçirir.Düzünü desəm, mən axmaq olmuşam. Lakin indi o mənim həyatımda yoxdu. O özünü çox pis aparıb? Bununla vəkil məşğul olacaq. Onun ailəsinə hədiyyə etdiyim ev, mənə məxsusdur. Onu özümdə saxlamaq istəyirəm.

 

Mən Şaxta Baba deyiləm ki, düşüm küçələrə və insanlardan nə istədiklərini soruşum. Mən də digərləri kimi işləyirəm", - deyə 58 yaşlı futbolçu "La Red" verilişinin efirində bildirib.


Digər xəbərlər

Xəbər xətti