Boatenq debüt etdi, “Barselona” uduzdu - VİDEO

12:49 24 Yanvar 2019

İspaniya kubokunda 1/4 final mərhələsinin görüşləri keçirilir.

 

Sportarena.az xəbər verir ki, "Barselona" səfərdə "Sevilya"ya 0:2 hesabı ilə uduzub. Qolları Pablo Sarabya və fransalı Vissam Ben Yedder vurub. Argentinalı Lionel Messinin heyətdə olmadığı görüşdə “Barselona”nın yeni transferi Kevin-Prins Boatenq start heyətdə mərkəz hücumçusu qismində debüt edib.

 

Qeyd edək ki, cütün cavab oyunu yanvarın 30-u baş tutacaq.

 

 

"Sevilya" - "Barselona" - 2:0
Qollar: Pablo Sarabia, 58, Ben Yedder, 76

 

 


Xəbər xətti