İtkin düşmüş futbolçunun sevgilisindən inanılmaz iddia: "Mən bu qəzaya inanmıram” - FOTOLAR

15:07 24 Yanvar 2019

İtkin düşmüş futbolçu Emiliano Salanın keçmiş sevgilisi inanılmaz iddia irəli sürüb.

 

Sportarena.az xəbər verir ki, 27 yaşlı model Berenis Şkeyr bunun arxasında mafiyanın dayandığını dilə gətirib: 

 

“Futbol mafiyasını araşdırın. Çünki mən bu qəzaya inanmıram”.

 

Model keçmiş sevgilisinin olduğu təyyarənin radarlardan itməsi xəbərindən şoka düşdüyünü bildirib. 

 

“İstəyirəm ki, səhər oyanım və bunun bir yalan olduğunu desinlər. Xahiş edirəm, bunu araşdırın. Çünki bunun bir bədbəxt hadisə olduğuna inana bilmirəm. Xəbərlərdən səni tapdıqlarını oxumaq istəyirəm”, - deyə Şkeyr “Instagram”da yazıb.



Digər xəbərlər

Xəbər xətti