İngiltərə kuboku: "Çelsi" finala yüksəldi - VİDEO

14:00 25 Yanvar 2019

İngiltərə Liqa kubokunda finalçılar bəlli olub.

 

Sportarena.az xəbər verir ki, ikinci yarımfinal görüşündə "Çelsi" "Tottenhem"i 2:1 hesabı ilə məğlub edib. İlk oyunda "Tottenhem" 1:0 hesabı ilə qalib gəldiyi üçün oyun əlavə vaxta gedib. Hesab dəyişmədiyi üçün finalçı penaltilərdə müəyyəmləşib. Daha dəqiq oynayan "Çelsi" finala adlayıb.

 

Həlledici qarşılaşmada "Çelsi" və "Mançester Siti" qarşılaşacaq. Oyun fevralın 24-ü, Bakı vaxtı ilə 20:30-da başayacaq.

 

"Çelsi" - "Tottenhem" - 2:1 (ilk oyun: 0:1)
Qollar: Nqolo Kante, 27, Eden Hazard, 38 - Fernando Lyorente, 50
Penaltilər: 4:2

 

 


Xəbər xətti