Əliyar Ağayev UEFA kursunda

01:13 26 Yanvar 2019

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Portuqaliyanın paytaxtı Lissabona yollanıb.

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, Ağayev yanvarın 28-də hakimlər üçün start götürəcək kursa qatılacaq. UEFA-nın təşkil etdiyi tədbirdə o, TOP kateqoriyaya daxil olan referi kimi iştirak edəcək. Kurs 3 gün davam edəcək.


Xəbər xətti