BƏƏ Avstraliya səddini keçdi - VİDEO

11:03 26 Yanvar 2019

Futbol üzrə Asiya kubokunun dörddəbir final mərhələsində sonuncu görüş baş tutub.

 

Sportarena.az xəbər verir ki, görüş Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Hazza Bin Zayed” arenasında keçirilib. BƏƏ və Avstraliya milliləri arasında keçirilən qarşılaşma 1:0 hesabıyla meydan sahiblərinin xeyrinə bitib. Yeganə qolu oyunun 68-ci dəqiqəsində Ali Mabxut vurub.

 

Qeyd edək ki, BƏƏ yarımfinal mərhələsində Qətər millisi ilə yanvarın 29-u qarşılaşacaq. Digər qarşılaşma isə İran və Yaponiya milliləri arasında yanvarın 28-i keçiriləcək.

 

 


Xəbər xətti