“Zirvə” və AAAF Holdinq yenə “Zəfər” qazandı - VİDEO

17:07 26 Yanvar 2019

Gənclər və İdman Nazirliyi və “Sportsman” jurnalının birgə təşkil etdiyi və 2018-ci ilin yekunlarına həsr olunan qala-gecə keçirilib.

 

Sportarena.az xəbər verir ki, tədbirdə nüfuzlu “Zəfər” Yüksək İdman Nailiyyətləri Mükafatı çərçivəsində qaliblərin adları açıqlanıb. Mərasimdə “Zirvə” Beynəlxalq İdman Klubları “İlin idman klubu” adına layiq görülüb. “Zirvə” adından “Zəfər” mükafatını klubun vitse-prezidenti Ruslan Xanverdiyev qəbul edib. Ona bu yüksək mükafatı Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abıyev təqdim edib. Xanverdiyev klubumuzun gördüyü işlərin bu cür qiymətləndirilməsi və göstərilən etimada görə təşəkkür edib. Daha sonra yüksək “Zəfər” mükafatı AAAF Holdinq şirkətinə təqdim edilib. Şirkət adından mükafatı İdarə Heyətinin sədri Rəşad Əliyev qəbul edib. Ona “Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə” mükafatını Azərbaycan Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov təqdim edib.

 

Mərasimdə digər nominasiyalar üzrə də qaliblər müəyyən edilib, mükafatlar və hədiyyələr təqdim edilib. Qala-gecədə “Sportsman” jurnalının 15 illik yubileyinin qeyd edildiyi də vurğulanıb. Jurnalın baş redaktoru Rəşad Qəmərşahoğlu AAAF TV-yə müsahibəsində ötən illərə qayıdaraq jurnalın bu illər ərzindəki fəaliyyətini dəyərləndirdi.

 

Tanınmış müğənnilərin ifası və rəqslərlə müşayiət olunan qala-gecə “Sportsman” jurnalının 15 illik yubileyi üçün hazırlanan xüsusi tortun kəsilməsi ilə yekunlaşdı.

 

 


Digər xəbərlər

Xəbər xətti