Ukrayna millisinin sabiq qapıçısı "Səbail"də

00:08 31 Yanvar 2019

"Səbail" klubu növbəti futbolçu transferini gerçəkləşdirib.

 

Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi ukraynalı qapıçı Aleksandr Rıbkanı heyətinə qatıb.

Qeyd edək ki, Aleksandr Rıbka son olaraq Türkiyənin “Afyonspor” klubunda çıxış edib. 32 yaşlı qolkiper karyerası ərzində ölkəsinin "Dinamo" (Kiyev) və "Şaxtyor"(Donetsk) komandalarının da formasını geyinib. O, Ukrayna millisinin də həyətində iki oyunda meydanda olub.


Xəbər xətti