“Liverpul”dan bərabərlik, “Çelsi”dən biabırçı məğlubiyyət - VİDEO

12:46 31 Yanvar 2019

İngiltərə Premyer Liqasının 24-cü turuna yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, bu tur liderlərin xal itkisi ilə yadda qalıb.“Liverpul” öz meydanında “Lester”i məğlub edə bilməyib. Oyun 1:1 hesabı ilə başa çatıb.

 

“Liverpul” - “Lester” - 1:1

Qolar: Mane, 3 - Magier, 45+1

 

“Çelsi” “Bornmut” səfərində darmadağın olub. Meydan sahibləri güclü rəqibini 4:0 hesabı ilə məğlub edib. Bu məğlubiyyətdən sonra “Çelsi” 47 xalda qalıb və eyni xala malik “Arsenal”dan top fərqinin nisbətinə görə geri düşüb. Beləliklə, “Çelsi” 5-ci pilləyə enib, “Arsenal” 4-cü pilləyə yüksəlib.

 

“Bornmut” - “Çelsi” - 4:0

Qollar: Kinq, 47, 79, Bruks, 63, Daniels, 90+5

 

 


Xəbər xətti