"Yeni futbolçularımızın hər biri özünü yaxşı tərəfdən göstərdi" - Elşad Əhmədov

18:30 2 Fevral 2019

Azərbaycan Premyer Liqasında XV turun “Zirə” – “Sabah” (0:2) oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Elşad Əhmədov jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, 48 yaşlı mütəxəssis öncə qələbəni şərh edib:

 

- Maraqlı oyun keçdi. Azlıqda qalmağımıza baxmayaraq, komanda ruhdan düşmədi və rəqibi təzyiqdə saxladı. İkinci hissədə oyuna nəzarət etdik. 90 dəqiqə ərzində rəqibə cəmi bir qol epizodu verdik. “Sabah” sevərlərin hamısını təbrik edirəm.

 

Əhmədov bir hücumça almaq istədiklərini bildirib: "Bir hücumçuya ehtiyacımız var. Ola bilər ki, bu mövqeyə oyunçu alaq. Yeni futbolçularımızın hər biri özünü yaxşı tərəfdən göstərdi. Onlara belə oyuna görə təşəkkür edirəm".


Xəbər xətti