“Azlıqda qaldığımız üçün nəticəni uğurlu hesab edirəm” - "Neftçi"nin baş məşqçisi

21:55 3 Fevral 2019

“Oyuna yaxşı başlamadıq. Lakin sonradan özümüzə gəldik, hücumlar qurmağa başladıq”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin 15ci turda səfərdə “Qarabağ”la 1:1-lik bərabərlikdən sonra deyib.İtaliyalı mütəxəssis oyun barədə bunları deyb:

 

“Gözləmədiyimiz halda azlıqda qaldıq. Belə olmasını istəməzdik. Azlıqda qalsaq da, hesabı qorumağı bacardıq. Komandamızı təbrik edirəm”.

 

O, komandasının azlıqda qaldığına nəticəni uğurlu hesab etdiyini bildirib:

 

“Qırmızı vərəqəyə qədər komandamız gözəl oyun nümayiş etdirdi. Qırmızı vərəqədən sonra əks-hücumlara bel bağladıq. Azarkeşlərimizə dəstəyə görə təşəkkür edirəm. Özümüzü evimizdəki kimi hiss etdik. Sanki meydan sahibi biz idik”.


Xəbər xətti