"Qarabağ"dan aldığı pula İspaniyada özünə ev aldı - FOTOFAKT

17:08 4 Fevral 2019

“Qarabağ”ın qapıçısı Hannes Halldorsson vətəni İslandiyada özünə ev alıb.

 

Sportarena.az xəbər verir ki, 35 yaşlı qolkiperin əldə etdiyi əmlak paytaxt Reykyavikdə Fossvoqur rayonunda yerləşir.

 

1971-ci ildə inşa edilmiş ev 227 kvadratmetr sahəyə malikdir. Halldorssonun aldığı mənzil onun karyerasını davam etdirmək istədiyi “Valür” komandasının ev arenası “Hlidarendi”nin 3,5 kilometrliyində yerləşir. Xəbərdə Halldorssonun Reykyavikdəki əvvəlki mənzilini ötən ilin mayında satdığı da vurğulanıb.

 

Əldə etdiyimiz məlumata görə, Halldorson həmin evi "Qarabağ"dan aldığı maaşın hesabına alıb. Evin dəyəri təxminən 150-200 min avrodur. sportnet.az



Digər xəbərlər

Xəbər xətti