Rüfət Dadaşov Dortmund “Borussiya”sına qarşı oynamadı

14:45 6 Fevral 2019

Almaniyanın “Proyssen” klubu yoxlama oyunu keçirib.


Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi Münster klubu Dortmund "Borussiya"sının ikinci komandası ilə qarşılaşıb. 


Futbolçumuzun komandası bu oyundan 1:0 hesablı qələbə ilə ayrılıb.


Rüfət bu görüşün iştirakçısı olmayıb. Komandanın baş məşqçisi Marko Antverpen oyunçunun qripə yoluxduğu üçün sözügedən görüşü buraxdığını deyib.


Digər xəbərlər

Xəbər xətti