“CBC Sport”da maaşlar gecikir? - AÇIQLAMA

Sportarena.az      7 Fevral 2018, 23:12

“Bizdə maaşlarla bağlı heç bir problem yoxdur. İşçilərlə müqaviləmizə görə fevralın 15-nə qədər onların məvaciblərini ödəyəcəyik”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında “CBC Sport”un baş redaktoru Şəmsəddin Abbasov deyib.

 

O, kanalda maddi problemlərin olduğuna dair yazılan iddialara münasibət bildirib: “Hazırkı vəziyyətdə maddi olaraq çətinliyimiz yoxdur. Hər şey qaydasındadır. Əvvəllər “CBC Sport”da maddi problem olub və bu barədə biz də açıqlama vermişdik. Amma indi yoxdur. Olsa belə, bu, bizim işimizə təsir etməz. Söz-söhbətlər yəqin ki, Premyer Liqanın son turunda yayım zamanı ortaya çıxan problemlərə görədir. Bunu bilirik, görmüşük və tamaşaçılardan üzr istəyirik. Texniki nasazlıqlar idi və aradan qaldıracağıq”.

 

Abbasov maddi problemlərin “CBC Sport” rəhbərliyinin klubların Antalyadakı təlim-məşq toplanışından edilən yayımlara külli miqadarda pul xərclənməsinə görə olduğuna aid xəbərlərə də aydınlıq gətirib. O, kanal rəhbəri Volkan Üstün həyat yoldaşı Özgə Uzunla Antalyaya istirahət üçün yollandığını və bunu kanalın maddi imkanları hesabına etdiyi söz-söhbətlərinə də açıqlama gətirib: “Özgə xanım İstanbulda işləyir və cəmi bir günlük Antalyaya gəlib. Bu da Volkan bəyin ad gününə təsadüf edib. Yalan məlumatlardır. Digər tərəfdən, biz bu səfərə yollanmaq və canlı yayım etmək üçün böyük əziyyət çəkmişik”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin