Salah millidən kənarda qaldı

01:44 8 Fevral 2019

"Liverpul"un futbolçusu Məhəmməd Salah Misir millisinin mart ayında Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlara dəvət almayacaq.

 

Sportarena.az xəbər verir ki, formal xarakter daşıyan görüşlər üçün Salahın milliyə çağırılmayacağı bildirilib. Bildirək ki, Misir millisi Afrika Millətlər Liqasında növbəti mərhələyə vəsiqəni əvvəlcədən təmin edib.


Xəbər xətti