"Qarabağ"da yeni transfer gözlənilir? - KLUBDAN AÇIQLAMA

16:43 8 Fevral 2019

“Hər an transfer gözlənilir. Bu, ola da bilər, olmaya da”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.Ağdam klubunun sözçüsü bildirib ki, Reynaldo və Riçard Almeydanın geri qaytarılmasından sonra axtarışlar hələ başa çatmayıb:

 

“Qurban Qurbanov belə məsələlərə olduqca həssas yanaşır, hər şeyə fikir verir. Baş məşqçinin xoşuna gələn futbolçu olsa, rəhbərlik onu almağa çalışacaq.Düzdü, indi transfer etmək çox çətin məsələdi. Çünki çoxunun öz klubuyla müqaviləsi var. Bundan sonra gələn olsa, gərək azad agent statusu daşısın.Bəzi mətbuat orqanları iddia edir ki, “Qarabağ”da maliyyə problemi var və Reynaldo ilə Almeyda bu səbəbdən geri qaytarılıb.Almeyda bəlkə də Azərbaycanda ən ödənişli futbolçudu.

 Klubumuz hər hansı çətinliklə üzləşsəydi, onu geri qaytara bilməzdik. Yəni ki, yayılan xəbərlər kökündən yalandı”. (sportinfo)


Digər xəbərlər

Xəbər xətti