"Neftçi"nin prezidenti Elxan Məmmədovdan növbəti ZƏRBƏNİ ALDI

23:23 9 Fevral 2019

Son vaxtlar AFFA-nın baş katibi Elxan Məmmədovla münasibətləri pozulan "Neftçi”nin prezidenti Kamran Quliyev növbəti dəfə zərbəyə tuş gəlib.

 

Sportarena.az xəbər verir ki, baş katib öz yetirməsi sayılan Quliyevin xahişini rədd etməklə ona olan nifrətini ortaya qoyub. Belə ki, Premyer Liqanın 16-cı turu çərçivəsində sabah "Keşlə”ni qəbul edəcək "Neftçi”nin ev oyunlarını keçirdiyi "Bakcell Arena”da bu gün məşq etməsinə icazə verilməyib. Stadionun rəhbərliyi "ağ-qaralar”ın prezidentinin təkidlərinə "Elxan müəllim icazə vermir” cavabını verməklə kifayətlənib.

 

Qeyd edək ki, dünən də "ağ-qaralar” "Bakcell Arena”ya buraxılmayıb. (fanat.az)


Xəbər xətti