Bakıda qadın futbolçu həmcinsini bıçaqladı

Sportarena.az      12 Fevral 2018, 18:00

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən S.K.-nın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

 

Sportarena.az "Report"a istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

 

Anket məlumatları dəqiqləşdirilən zaman S.K yetkinlik yaşına çatmadığını və futbolçu olduğunu bildirib. Daha sonra məhkəmə prosesin qapalı keçirilməsi barədə qərar çıxarıb.

 

Məhkəmənin baxış iclası fevralın 15-nə təyin edilib.

 

Qeyd edək ki, hadisə ötən il Xəzər rayonunda baş verib. Buzovna qəsəbəsində 1997-ci il təvəllüdlü İbrahimova Fazilə Famil qızı naməlum şəraitdə kürək nahiyəsindən bıçaq xəsarəti alıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

 

Yaralı tibbi əməliyyatdan sonra yıxılaraq xəsarət aldığını bildirib.

 

Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının araşdırması zamanı məlum olub ki, F.İbrahimovanı tanışı S.K. mübahisə zamanı bıçaqlayıb. Daha sonra S.K. saxlanılıb, onun barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

 

İstintaq orqanı onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürüb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin