Fritz Ştuxlik beynəlxalq turnirə təyinat aldı

17:02 14 Fevral 2019

AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik beynəlxalq turnirə təyinat alıb.

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, martın 20-dən 26-dək Xorvatiyada keçiriləcək 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin 3-cü qrupunun oyunlarının hakim-inspektoru F.Ştuxlik olacaq.

 

Qeyd edək ki, 3-cü qrupda Almaniya, Xorvatiya, Norveç və Macarıstan yığmaları mübarizə aparacaq.


Digər xəbərlər

Xəbər xətti