Bu şəxs 5 milyard dollar verib "Mançester Yunayted"i alacaq

14:20 17 Fevral 2019

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman İngiltərə Premyer Liqasında çıxış edən "Mançester Yunayted" klubunu almağa hazırdır.

 

Sportarena.az xəbər verir ki, vəliəhd şahzadə klubu almaq üçün 3,8 milyard funt sterlinq (4,9 milyard dollar) xərcləməyə hazırdır.Şahzadə klubu yeni mövsüm başlayana qədər almaq niyyətindədir.

 

Qeyd edilir ki, "Mançester Yunayted"in hazırki sahibləri Qleyzerlər klubu satmaq barədə düşünmürdülər. Lakin şahzadənin təklifindən sonra onlar klubu sata bilərlər. (Trend)


Digər xəbərlər

Xəbər xətti