Millimiz İspaniya ilə bir qrupda

19:14 21 Fevral 2019

Futbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının AVRO-2021-in seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində UEFA-nın mənzil-qərargahında keçiriləm püşkatma mərasimində 5-ci səbətdə yer alan yığma D qrupunda mübarizə aparacaq. Vüqar Əsgərlinin rəhbərlik etdiyi kollektiv İspaniya, Çexiya, Polşa və Moldova komandalarına rəqib olub.

 

Püşkatmada 48 yığma komanda iştirak edib və püşk nəticəsində 9 qrupa bölünüb. Azərbaycan millisi 2009-cu ildə sonra ilk dəfə seçmə mərhələdə qüvvəsini sınayacaq. Eyni zamanda Kosovo da tarixində ilk dəfə püşkdə yer alıb.

 

Qeyd edək ki, qrup qalibləri və 2-ci yeri tutan ən yaxşı nəticəyə malik 3 komanda final mərhələsinə vəsiqə qazanacaq. Digər 6 kollektiv isə 2021-ci ildə İngiltərə keçiriləcək yarışa düşmək üçün play-off oynaycacaq.


Digər xəbərlər

Xəbər xətti