Almaniyada tatamiyə çıxan bütün cüdoçularımız məğlub oldu

Sportarena.az      22 Fevral 2018, 17:46

Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə “Böyük dəbilqə” turnirinə start verilib.

 

Sportarena.az xəbər verir ki, yarışda ölkəmizi 10 kişi və 5 xanım idmançı təmsil edir.Kişilərin 60 kq çəki dərəcəsində təmsilçimiz Davud Məmmədsoy Honq-Konqdan olan Martin Lau ilə qarşılaşacaq. 66 kq-da Nicat Şixəlizadə ilk görüşündə bolqarıstanlı Temelkova qalib gəlib. Lakin o, ikinci mərhələdə Cənubi Koreya təmsilçisi Ham Jonq Jinə uduzub.Orxan Səfərov isə Portuqaliya idmançısı Joao Krisostomona qalib gəlsə də, israilli Tal Filkerə məğlub olub. 

 

Qadın cüdoçularımızın fiaskosu isə “Böyük dəbilqə”də də davam edir. 48 kq çəkidə Aişə Qurbanlı braziliyalı Natalia Briqidaya ilk görüşdə uduzub. Leyla Əliyeva serb Miliça Nikoliçlə bacarmayıb.52 kq-da Gültac Məmmədəliyev rusiyalı Alisa Kuznetsovanı üstələyə bilməyib. 57 kq-da milliləşdirilmiş İçikorlo Munxtsedev braziliyalı Rafael Silvadan güclü olmağa çalışacaq. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin