"Barselona"nın ulduz futbolçusu Avropa nəhənglərinin hədəfində

13:18 24 Fevral 2019

“Barselona”nın xorvatiyalı yarımmüdafiəçisi İvan Rakitiç Avropanın 4 klubunun diqqət mərkəzindədir.

 

Sportarena.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə “Paris Sen-Jermen”, "Bavariya", "İnter" və "Mançester Yunayted" maraqlanır. Rakitiçin “Barselona” ilə yeni müqavilə bağlamağı sual altındadır. “İnter” klubunun xorvatiyalı yarımmüdafiəçiyə 3 illik müqavilə və 6,5 milyon avro məvacib təklif etdiyi iddia olunur.

 

Qeyd edək ki, Rakitiç cari mövsümdə “Barselona”nın heyətində 34 oyunda 4 dəfə fərqlənib.


Digər xəbərlər

Xəbər xətti