Elvin Məmmədovun 300-cü oyunu

13:42 25 Fevral 2019

“Sumqayıt”ın futbolçusu Elvin Məmmədov Azərbaycan çempionatlarında 300-cü oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, bu yubiley Topaz Premyer Liqasının XVIII turuna təsadüf edib. “Zirə” ilə ev matçına (0:1) start heyətində çıxan 31 yaşlı yarımmüdafiəçinin hesabında 24 qol var. O, ölkə çempionatlarında 300 və daha çox oyun keçirən 19-cu futbolçu olub.

 

Qeyd edək ki, ölkə çempionatında 2003/04 mövsümündə “Turan”ın heyətində debüt edən Məmmədov Tovuz təmsilçisində 49 (3 qol), indi “Keşlə” adlanan “İnter”də 51 (7 qol), “Qarabağ”da 70 (3 qol), “Bakı”da 73 (3 qol), “Zirə”də 39 (5 qol), “Qəbələ”də 11 (2 qol), “Sumqayıt”da 7 (1 qol) matç keçirib.


Xəbər xətti