"Traktorsazi" səfər matçında büdrədi

15:29 25 Fevral 2019

İran çempionatında 19-cu turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Təbriz təmsilçisi "Traktorsazi” də növbəti matçına çıxıb.Güney Azərbaycan komandası "Saypa”nın qonağı olub. "Xəzər Lənkəran”ın sabiq baş məşqçisi, uelsli mütəxəssis Con Toşakın çalışdırdığı kollektiv oyundan qolsuz heç-heçə ilə ayrılıb.

 

Təbrizin digər təmsilçisi - "Maşinsazi” isə bu turda doğma meydanda "Paykan”a uduzub - 0:1.

 

Hazırda "Traktorsazi” 16 iştirakçı arasında 34 xalla 5-ci pillədə qərarlaşıb. "Maşinsazi” isə 21 xalla 8-cidi.


Xəbər xətti