Ukraynalı güləşçidən Xocalı soyqırımı ilə bağlı paylaşım - FOTOFAKT

15:43 26 Fevral 2019

Güləş üzrə üçqat Olimpiya mükafatçımız, dünya və səkkizqat Avropa çempionumuz Mariya Stadnik Xocalı soyqırımının anıldığı gündə xalqımızın dərdinə şərik çıxıb.

 

Sportarena.az oxu.az-a istinadən xəbər verir ki, ukraynalı legionerimiz sosial şəbəkədə bu barədə paylaşım edib.O öz “Facebook” profilində üzərində “Justice for Khojaly!” yazılmış şəklini paylaşaraq, şəklin üst hissəsində rus dilində “Пусть Аллах помилует!” (Allah rəhmət eləsin!) cümləsini də əlavə edib. Mariya Stadnik bunu profil şəkli edib.



Digər xəbərlər

Xəbər xətti