“Neftçi”nin futbolçusu Latviya klubunda

18:50 26 Fevral 2019

“Neftçi”nin futbolçusu Elvin Sərkərov karyerasını Latviyada davam etdirəcək.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi “Dauqavpils” klubu ilə müqavilə imzalayıb. Müqavilənin şərtlərinə görə, Elvin Sərkərov başqa bir kluba transfer olunarsa, gəlirin böyük hissəsi “Neftçi”yə ödəniləcək. Bundan əlavə, U-21 milli komandamızın üzvü Azərbaycana qayıdacağı halda ilk seçimini “Neftçi” üzərində edəcək.
 

Qeyd edək ki, Sərkərov bu mövsüm 6 oyunda meydana çıxıb.


Xəbər xətti