Ronaldo Madridə bu dəfə investor kimi qayıdır

13:17 27 Fevral 2019

Kriştiano Ronaldo Madridə investor kimi qayıdır. 

 

Sportarena.az xəbər verir ki, Ronaldo Madridə futbolçu yox, biznesmen, investor kimi qayıdır.Portuqal futbolçu Madriddə saç transplantasiyası mərkəzi açmağı planlaşdırır. O, bu məqsədlə artıq 1,2 milyon avro yatırım edib.

 

Məlumata görə, mərkəzdə 150 mütəxəssis çalışacaq. Gün ərzində mərkəzdə 18 əməliyyat aparılması üçün şərait olacaq. 

 

Ən bahalı əməliyyat isə 4 min avroya başa gələcək. Ronaldonun Madriddəki bu biznesinə nişanlısı Corcino nəzarət edəcək. Mərkəz martın 18-də fəaliyyətə başlayacaq.


Digər xəbərlər

Xəbər xətti