“Neftçi” kapitanını niyə cəzalandıracaq? - SON DURUM

13:38 27 Fevral 2019

"Neftçi”nin kapitanı Emin Mahmudov cəzalanacaq.

 

Sportarena.az sport7.az-a istinadən xəbər verir ki, buna səbəb Mahmudovun klubdaxili qaydaları pozması olub.

 

Kapitan klubun mətbuat xidmətindən xəbərsiz Rusiyanın "News.ru” saytına müsahibə verib. Rəhbərlik isə bir müddət əvvəl futbolçulara yerli və ya xarici mətbuata müsahibə verməklə bağlı qadağa tətbiq edib. Hansısa jurnalistlə danışmazdan əvvəl futbolçular mütləq klubun müvafiq strukturunu məlumatlandırmalı, yalnız icazə aldıqdan sonra danışmalıdı.

 

Artıq "Neftçi”nin İdman departamenti Mahmudovla bağlı məsələni nəzarətə götürüb və ona pul cəriməsinin kəsilməsi gözlənilir.


Digər xəbərlər

Xəbər xətti