"Sumqayıt" məşqçisini qovdu - SON XƏBƏR

12:15 28 Fevral 2019

Premyer Liqanın ikinci hissəsinə yaxşı başlamayan və sonuncu pilləyə yuvarlanan "Sumqayıt" uğursuzluqların səbəbkarını tapıb.

 

Sportarena.az xəbər verir ki,"kimyaçılar" XVIII turda "Zirə"yə doğma meydandakı minimal hesablı məğlubiyyətdən sonra məşqçilər korpusunda dəyişiklik etmək qərarına gəlib.

 

Klub fiziki hazırlıq üzrə məşqçi Sergey Yankovi ilə yollarını ayırıb. Qərarı komandanın baş məşqçisi Ayxan Abbasov verib.  38 yaşlı çalışdırıcı ukraynalı məşqçini işinin öhdəsindən gələ bilmədiyi üçün göndərmək qərarına gəlib (futbol11.az).


Digər xəbərlər

Xəbər xətti