"El-Klassiko"da Rafaelin dizini bu hala saldılar - FOTOFAKT

12:41 28 Fevral 2019

"Real"ın müdafiəçisi Rafael Varan "Barselona" ilə oyunda zədə alıb.

 

Sportarena.az xəbər verir ki, futbolçu "Instagram"da parçalanmış dizinin şəklini paylaşıb. "Santyaqo Bernabeu"dakı qarşılaşmada "Barselona"nın ikinci qolu zamanı avtoqol müəllifi olan Varan zədəni də məhz həmin vaxt alıb.

 

Qeyd edək ki, İspaniya "Kral Kuboku"nun yarımfinal mərhələsində səfərdə 1:1 hesablı bərabərə qalmasına baxmayaraq, evdə rəqibinə məğlub olan "Real" mübarizəni dayandırıb - 0:3.



Xəbər xətti