"Sabah"da iki itki

19:22 1 Mart 2019

Topaz Premyer Liqanın XIX turunda "Neftçi"nin qonağı olacaq "Sabah" meydana tam heyətlə çıxa bilməyəcək.

 

Sportarena.az xəbər verir ki, ötən tur qırmızı vərəqə alan Erik Ramosla yanaşı, Elşən Abdullayev də komandasına kömək edə bilməyəcək. Yarımmüdafiəçi zədə səbəbindən kənarda qalacaq.

 

Qeyd edək ki, martın 2-də keçiriləcək "Neftçi" - "Sabah" oyunu saat 18.30-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti