Bədən tərbiyəsi və idman günü münasibəti ilə festival keçirildi - FOTOLAR

21:10 1 Mart 2019

Texniki Universitetin idman zalında 5 mart – Bədən tərbiyəsi və idman günü münasibəti ilə festival keçirilib.

 

Sportarena.az xəbər verir ki, gənclər və idman nazirinin Yasamal rayon gənclər və idman idarəsinin təşkilatçılığı, Yasamal rayon İсra Hakimiyyəti və Təhsil Nazirliyinin 2 saylı respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin dəstəyi ilə keçirilən tədbir marş sədası altında Cəmşid Naxçıvanski adına hərbi liseyin müdavimlərinin müşayiəti ilə Azərbaycan respuiblikasının dövlət bayrağının meydana gətirilməsilə başlayıb.

 

Silahlı qüvvələrin təlim və tədris mərkəzinin hərbi orkestirinin ifasında dövlət himni səsləndirilməsi ilə festival açıq elan edilib. Mərasimdə çıxış edənlər ölkəmizdə idmanın inkişafından danışıb, prezident İlham Əliyevin 4 mart 2005-ci il tarixli sərəncamı ilə 5 mart "Bədən tərbiyəsi və idman günü”nün təsis olunduğunu deyiblər.

 

Tədbirin rəsmi hissəsi bitdikdən sonra kopoeyra və uşu növləri üzrə nümunəvi çıxışlar olub. Daha sonra tanınmış müğənnilərin ifasında konsert proqramı baş tutub.

 

Festivalın gedişində bir qrup məşqçi və idmançı 5 mart – Bədən tərbiyəsi və idman günü münasibəti ilə, yeniyetmə və gənclər arasında idmanın təbliğində göstərdiyi səmərəli fəaliyyətinə, habelə qazandığı uğurlara görə Yasamal rayon icra hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif ediliblər.



Xəbər xətti