Futbol matçında BİABIRÇILIQ - Elektron tablo əvəzinə kağız... - FOTOLAR

12:15 2 Mart 2019

Braziliyanın "Atletiko Mineyro" və Uruqvayın "Sportinq Defensor" komandaları arasında keçirilmiş Libertadores Kuboku matçında maraqlı hadisə baş verib.

 

Sportarena.az xəbər verir ki, görüşün dördüncü hakimində elektron tablo olmadığından kağızlardan istifadə edib.Texniki avadanlığın İndependensiya stadionunun ofislərinin birində qaldığı bildirib. Dördüncü hakim I və II hissəyə əlavə olunmuş dəqiqə sayını və oyunçu dəyişikliyini göstərmək üçün kağızlardan yararlanıb.

 

Qeyd edək ki, görüş 0:0 hesabı ilə başa çatıb. İlk matçda rəqibini 2:0 hesabı ilə məğlub edən "Atletiko Mineyro" Libertadores Kubokunun qrup mərhələsinə vəsiqə qazanıb.



Xəbər xətti