Bakıda idman məktəbindəki güclü yanğın SÖNDÜRÜLDÜ - FOTOLAR + VİDEO

12:58 2 Mart 2019

Binəqədi rayonu 7-ci mikrorayon ərazisində Vətən İdman Kompleksində dəhşətli yanğın baş verib.

 

Sportarena.az xəbər verir ki, yanğınla bağlı FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub və baş verən yanğın söndürülüb.

 

Publika.az-ın məlumatına görə, Bakı şəhərinin Binəqədi rayonunda "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbinin ümumi sahəsi 800 m² olan birmərtəbəli təlim məşq binasında sauna otağının lambirindən ibarət üzlüyü 40 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 600 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

 

 



Digər xəbərlər

Xəbər xətti