Elşad Əhmədov: “Neftçi” bizdən üstün oynayırdı"

Sportarena.az      2 Mart 2018, 21:04

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının XIX turunda səfərdə “Neftçi”yə 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, 48 yaşlı mütəxəssis öncə oyunla bağlı danışıb:

 

- “Neftçi” ardıcıl iki oyundu xal itirirdi. Aqressiv olacaqlarını bilirdik. Gözlədiyimiz oyunun şahidi olduq. “Neftçi” bizdən üstün oynayırdı. Komandamın ilk hissədəki oyunundan razı qalmadım. “Neftçi”ni qələbə münasibəti ilə təbrik edirəm.

 

- Təmkin Xəlilzadəni erkən əvəzlədiniz. Bu, zəif oyuna görə idi?

- Təmkinin tempraturu var idi. Oyuna 38 dərəcə tempraturla çıxmışdı. Əvəz etməyim bununla bağlı idi.

 

- Cavid İmamverdiyevin ehtiyatda olmasına səbəb nə idi?

- Cavid zədədən əziyyət çəkirdi. İki gündü komanda ilə birgə məşq edirdi. Ona görə bu gün risk etmək istəmədik.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin