Daha bir “Real” ulduzu “Yuventus”a keçə bilər

15:07 5 Mart 2019

Madridin “Real” klubunun yarımmüdafiəçisi Marko Asensio Turinin “Yuventus” klubuna keçə bilər.

 

Sportarena.az xəbər verir ki, “Qoca sinyora” son vaxtlar nadir hallarda əsas heyətə düşən futbolçunu heyətinə qatmaqda israrlıdır. 2018-ci ilin dekabr ayında onun da Ronaldo kimi, Turin klubuna keçmək barədə düşündüyü ilə bağlı xəbər yayılmışdı.

 

İtaliyan komandası bu transferin baş tutması üçün büdcəsindən iri məbləğdə pul xərcləməyə hazırdır. Belə ki, Asensionun “kral” klubu ilə bağladığı müqavilə 2023-cü ilə kimi nəzərdə tutulub.

 

Cari mövsümdə Asensio cəmi 20 matçda iştirak edib, meydana çıxdığı oyunda cəmi bir qol və beş məhsuldar ötürmə ilə fərqlənib.


Digər xəbərlər

Xəbər xətti