“Marca” qəzeti azərbaycanlı futbolçunun uğurundan yazdı - FOTOFAKT

14:35 6 Mart 2019

İspaniyanın məşhur "Marca” qəzeti son yazılarından birində azərbaycanlı futbolçuya da yer ayırıb.

 

Sportarena.az xəbər verir ki, ispaniyalı jurnalistlər La Liqada fərqlənən əcnəbi futbolçuların siyahısını hazırlayıblar. Həmin siyahıda həmyerlimiz Vəli Qasımovun da adı qeyd olunub.

 

"Qasımov La Liqada qol vuran yeganə azərbaycanlı futbolçudu. "Xəzərli qoleador” "Albasete”də oynayarkən 4 dəfə fərqlənmişdi” deyə məqaladə qeyd edilir.

 

Qeyd edək ki, Vəli Qasımov "Real” Betisdə də çıxış etsə də, qol vurmağı bacarmayıb.



Digər xəbərlər

Xəbər xətti