“Keşlə” “Sabah”ı darmadağın etdi, “Qarabağ” xal itirdi - YENİLƏNİB

20:23 9 Mart 2019

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 20-ci tura start veriləcək.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutacaq.Öncə autsayderlər qrupunda qərarlaşmış “Keşlə” çempionatın debütantı “Sabah”ı qəbul edəcək. Hər iki komanda qış fasiləsindən sonrakı uğursuz gedişata son qoymaq üçün çalışacaq.

 

Daha sonra Premyer Liqanın şərikli liderlərindən olan “Qarabağ” “Zirə” ilə üz-üzə gələcək. Ağdam təmsilçisi bu oyunda xal itirmək istəməyəcək. Əks halda “Neftçi” bu şansdan yararlanıb, vahid liderə çevrilə bilər.

 

Azərbaycan Premyer Liqası
20-ci tur
9 mart

 

“Keşlə” – “Sabah”  3-0 

Qollar: C.Ayite,26,47, C.Əmirli,66
Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, Namiq Bəkirov.
Bakı. “ASK Arena”, 16:00.

“Qarabağ” – “Zirə”  0-0
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Müslüm Əliyev, Rəvan Həmzəzadə.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu, 18:30.

 

Turun digər oyunları sabah keçiriləcək: “Qəbələ” – “Səbail”, “Sumqayıt” – “Neftçi”.


Digər xəbərlər

Xəbər xətti