Qazzayev Emildən razı qalıb: "Gənc olsa da, çox inamlıdır"

13:53 10 Mart 2019

Qazaxıstanın "Tobol” klbunun baş məşqçisi Vladimir Qazzayev Emil Balayevin debütündən danışıb.

 

Sportarena.az xəbər verir ki, mütəxəssis millimizin üzvünü təriflətib: 

 

"Emilin oyununu çox yüksək dəyərləndirirəm. Qapıçı üçün kifayət qədər gənc sayılacaq bir yaşda olsa da, inamlı və keyfiyyətli çıxış edir. O, çox yaxşı məktəbə malikdi. Bu gün də olduqca etibarlı dayandı. Komandamızda faktiki iki əsas qapıçı var. Sultan Busurmanov da yaxşı vəziyyətdədi. Нaxın gələcəkdə legioner limiti ilə bağlı müəyyən dəyişikliklər edə bilərik. Busurmanov hazırlıq müddətini əla keçirdi. Qazaxıstan futbolu üçün yaxşı gələcəyi olacağına əminəm. Bu gün daha yaxşı vəziyyətdə olan Emilə start heyətində yer verdim. Özləri ilə söhbətdə də demişəm ki, hər ikisinə əsas qapıçı kimi baxıram”.

 

Qeyd edək ki, Qazaxıstan Premyer Liqasında 2019/20 mövsümünə start berilib və "Tobol" ilk turda "İrtış" üzərində 3:0 hesablı qələbə qazanıb. Emil start heyətində meydana çıxıb.


Digər xəbərlər

Xəbər xətti