Futbolçularım tapşırıqları yerinə yetirdilər" - Ayxan Abbasov

19:24 10 Mart 2019

"Qısa danışacam, mənə çətindi. Futbolçularımı xarakterlərinə görə təbrik edirəm. Tapşırıqları yerinə yetirdilər".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov deyib.

 

Premyer Liqanın XX turunda "Neftçi"ni qəbul edən "kimyaçılar" 1:2 hesabıyla yenilib. Abbasov matçdan sonra baş tutan mətbuat konfransında referi Rəşad Əhmədovun onu xətti tapdaladığı üçün texniki zonadan kənarlaşdırdığını söyləyib:

 

"Dediklərinə görə xətti tapdalamışam. Protokolda hakimliklə bağlı etirazı yazmaq mənim işim deyil. Hakimin oyunun nəticəsinə təsir edib-etmədiyini siz deyə bilərsiniz".


Xəbər xətti