Azərbaycanlı “Professor” “Yırtıcı”nı məğlub etdi - FOTO

11:09 11 Mart 2019

Azərbaycanlı kikboksçu Alim Nəbiyev növbəti döyüşünü keçirib. 

 

Sportarena.az oxu.az-a istinadən xəbər verir ki, “Professor” ləqəbli təmsilçimiz Fransanın Strasburq şəhərində təşkil olunan “Glory 64” turniri çərçivəsində rinqə çıxıb. Yarımorta çəki dərəcəsində mübarizə aparan Nəbiyev Surinam əsilli hollandiyalı, “Yırtıcı” ləqəbli Murtel Qrunhartla qarşılaşıb. “Glory” seriyasının reytinq birincisi olan idmançımız görüşdən qalib ayrılıb. Alim rəqibini hakimlərin rəyi ilə məğlub edib – 4:1 (27:30, 29:28, 29:28, 29:28, 29:28).

 

Bu, kikboksçumuzun peşəkar rinqdə keçirdiyi 58-ci döyüşdə 51-ci, “Glory” seriyasında keçirdiyi altıncı görüşdə beşinci qələbəsi olub.



Xəbər xətti