"Kamil buna görə həbs olunub" - DOSTUNDAN AÇIQLAMA

17:33 12 Mart 2019

İdmançı Kamil Zeynallıya 10 sutka həbs cəzası verilib.

 

Sportarena.az xəbər verir ki,Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Kamil Zeynallı Binəqədi Müvəqqəti Saxlama Təcridxanasına göndərilib.Bildirilib ki, 1986-cı il təvəllüdlü Kamil Zeynallı tanışı ilə mübahisə edib və mübahisə dava ilə nəticələnib. Onun həbs edilməsinə səbəb də Heydər Əliyev Mərkəzinin yaxınlığında həmin tanışı ilə telefonla danışarkən ətrafdakılara söyüş söyməsi olub.

 

Məsələ ilə bağlı Yenicag.az-a Kamilin köməkçisi və yaxın dostu Razim Qarayev açıqlama verib:

 

“Kamil dünəndən saxlanılıb, 8 sutkadan sonra buraxılacaq. Onun söyüş söyməsi ilə bağlı xəbər yanlışdır. Kamil sadəcə olaraq yüksək səslə telefonla danışaraq, asayişi pozub. Buna görə də saxlanılıb”.

 

Köməkçisi Kamil Zeynallının bir müddət əvvəl tanışı ilə borc üstündə mübahisə etməsi və tanışının onu məhkəməyə verməsi xəbərini də təkzib edib:

 

“Yalan söhbətdir. Kamil borca görə heç kimlə mübahisə etməyib. Boş-boş sözlərdir”.


Xəbər xətti