“Şalke”nin baş məşqçisi istefaya göndərildi

Sportarena.az      15 Mart 2018, 10:42

Almaniyanın “Şalke” klubunun baş məşqçisi Domeniko Tedesko istefaya göndərilib.

 

Sportarena.az xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb. 

 

“Tedeskonun qovulması ilə bağlı qərar vermək çətin idi. Biz onun “Şalke”nin inkişafındakı töhfələrini dəyərləndiririk. Ötən mövsüm komanda onun rəhbərliyi altında böyüdü, klub Bundesliqanın turnir cədvəlində ikinci yeri tutdu” deyə klubun bəyanatında qeyd edilir. 

 

Qeyd edilir ki, onun qovulmasına səbəb indiki mövsümdə nəticələrin pisləşməsi olub. 

 

Bildirək ki, “Şalke” 25 turdan sonra 23 bal toplayıb və Almaniya çempionatının turnir cədvəlində 14-cü yeri tutub. 

 

Çempionlar Liqasının 1/8 final oyunlarının cavab matçında isə klub Tedeskonun rəhbərliyi altında “Mançester Siti” qarşısında 0:7 hesabı ilə ağır məğlubiyyətə uğrayıb. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin