Aftandil Hacıyev: "Esyeni bu məqsədlə sıralarımıza qatmaq istəmirik"

22:31 15 Mart 2019

"Hesab edirəm ki, azarkeşlər maraqlı futbol izlədi. Bol hücumlar gördük. Komandaları müqayisə etdikdə, "Qarabağ” bizdən daha təcrübəli, ustalıq səviyyəsi daha yüksək olan ifaçılara sahibdi. Ancaq uşaqlar bacardıqları qədər mübarizə apardılar. Bəzi hücumlarımızda dəqiqlik çatmadı. Bunun üzərində daha çox dayanmalı olacağıq. Rəqibi təbrik edirəm. Futbolçularıma da təşəkkür etdim. Hesab edirəm ki, bir xala layiq idik".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Topaz Premyer Liqasının XXI turunda evdə "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib. 

 

Baş məşqçi məğlubiyyətə səbəb olan penalti epizodunu görmədiyini bildirib: "Dayandığımız yerdən görünmürdü. Elvindən soruşdum, dedi ki, top yaxın məsafədən dəydi əlinə. Ancaq bütün hallarda, "Qarabağ” layiqli qələbə qazandı".

 

Hacıyev "Ardıcıl 2 məğlubiyyət komandaya psixoloji zərbə olmayacaq" sualına belə cavab verib: "Əlbəttə, məğlubiyyət yaxşı hal deyil. Qəbələdə də qol epizodlarımız oldu, bu gün də. Düşünmürəm ki, bu məğlubiyyətlər komandamıza mənfi təsir göstərsin. Növbəti oyunlara hazırlaşacağıq".

 

Baş məşqçi müqavilə imzalamağa hazırkaşdıqları məşhur futbolçu Maykl Esyenlə bağlı fikirlərini bildirib: "Essyen kimi dünya şöhrətli futbolçu bizim təklifə isti yanaşıbsa, bizim üçün böyük bir uğurdu. Esseynlə danışıqlar müsbət həllini tapsa, bu, futbolumuz üçün böyük uğur olar. Məşq edir, futbolu bitirdiyini də elan etməyib. Yaxın günlərdə masa arxasına keçib, danışıqlar aparacağıq. Bu gün avrokuboklardan danışmaq tezdi. Onu bu məqsədlə sıralarımıza qatmaq istəmirik. O, ulduzdu, bu da azarkeş sayının artmasına fayda verə bilər".


Xəbər xətti