"Bizə lazım olan nəticə olmadı" - "Neftçi"nin baş məşqçisi

23:02 15 Mart 2019

"Bizə lazım olan nəticə olmadı. "Qarabağ"la xallarımız bərabərləşdi". 

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Neftçi"nun baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasının XXI turunda evdə "Qəbələ" ilə 1:1 hesablı bərabərliyə razılaşdıqları oyundan sonra deyib.

 

İtaliyalı mütəxəssis oyunla bağlı fikirlərini bildirib: "İlk dəqiqələrdən komandama hücum futbolu oynamağı tapşırmışdım. Bu, bizdə yaxşı alınırdı. Rəqib isə müdafiə olunaraq oyununu əks-hücumlarda qurmağa çalışırdı. İlk hissədə bir neçə təhlüəli vəziyyətimiz olsa da, bunları qola çevilə bilmədik. İkinci hissədə qol istəyimizə çatdıq. Top buraxdıqdan sonra da hücumlarımızı davam etdirdik. Buraxdığımız qolda Səlahət Ağayevlə Ömər Buludov arasında anlaşmazlıq oldu. Komandam yaxşı oynadı, razı qaldım. Bu gün 1 xalla kifayətlənsək də, bununla futbol bitmir".

 

Bordin iki hücumçu ilə oynamaq istədiyini, amma Canluka Sansone yorğun olduğu üçün onu Mirabdulla Abbasovla əvəzlədiyini bildirib: "Əlbəttə, bunu istəyirdim. Gördüm ki, Sansone çox yorğun görünür. Artıq enerjisi bitirdi. Həm də ayağında problem vardı. Buna görə məcburiyyətdən onu dəyişməli oldum".

 

Baş məşqçi "Səlahət Ağayevin səhvi bağışlanmaz idi, yoxsa..." sualına belə cavab verib: "O, səhv deyil, futbolçularımız arasında anlaşılmazlıq oldu. Hər iki futbolçu 100 faiz əmin olaraq belə düşüncə ilə getməli idi ki, topu götürəcək".

 

Bordin bildirib ki, "Qarabağ”la xalların bərabər olması hər iki komandanın ziyanınadı: "Deməzdim ki, daxili ab-havaya pis təsir edər. Növbəti oyunlara da yalnız qələbə üçün çıxacağıq. İndi "Qarabağ”la xallarımız bərabər olsa da, birinci yerdə yenə bizik".


Xəbər xətti