Rüfət Dadaşov oynadı, komandası uduzdu

21:00 16 Mart 2019

Almaniyanın III Bundesliqasında XIX turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, millimizin üzvü Rüfət Dadaşovun çıxış etdiyi "Proyssen” "Veen"in qonağı olub. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Rüfət Dadaşov start heyətində meydana çıxıb və 90 dəqiqə oynayıb. Millimizin hücumçusu 87-ci dəqiqədə sarı vərəqə alıb.

 

Qeyd edək ki, "Proyssen” 38 xalla 12-ci pillədə qərarlaşıb.


Xəbər xətti