AFFA 3 klubu cərimələdi

18:00 19 Mart 2019

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, İK Topaz Premyer Liqanın 21-ci turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.Topaz Premyer Liqasının 21-ci turunun "Sabah” – "Sumqayıt” matçında  qonaq komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

 

Oyunun 29-cu dəqiqəsində "Sabah”ın futbolçusu Marko Deviç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

 

Topaz  Premyer Liqasının 21-ci turunun "Zirə” – "Keşlə” matçında  meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti