UEFA Ukrayna ilə bağlı araşdırmalara başladı

10:39 28 Mart 2019

UEFA Ukrayna Futbol Federasiyasına qarşı araşdırmalara başlayıb.

 

Sportarena.az xəbər verir ki, qurum Portuqaliya və Lüksemburqun federasiyaları tərəfindən edilən şikayətlər əsasında buna qərar verib. Federasiyalar Ukraynanın braziliyalı futbolçu Juinior Moraesin milliləşdirilərkən FİFA-nın tələblərini pozduğunu əsas gətirirlər.Məlumata görə, qitənin ali futbol qurumu şikayət əsasında araşdırmalara başlanılıb.
 

Qeyd edək ki, Ukrayna yığması AÇ-2020-nin seçmə mərhələsində Portuqaliya və Lüksemburqla oyunlarda yeni milliləşdirdiyi braziliyalı Junior Moraesi oynadıb. Əgər məsələ sübut edilsə Ukraynaya hər iki oyunda texniki məğlubiyyət veriləcək. Komanda 2 oyundan sonra 4 xalla qrup lideridir.


Xəbər xətti